Satılır torpaq 12 sot, Bilgəh q.
Bilgəh, badam bağlarında 10 sot sənətnən, 2 sot əlavə, torpaq sahəsi satılır. Sənəd: çıxarış (kupça). Elit məhəllədə yerləşir.Elit mühit, ətrafda yeni villalar salınır. Gələcəkdə dəyəri sürətlə artacaq ərazidir. Sea Breeze və sahilyanı zonanın inkişafı ilə ərazi hər gün dəyər qazanır . Həyətində bir çox meyvə ağaçları var. İstər şəxsi ev, istərsə də investisiya üçün yararlıdır. İnvestisiya üçün super fursətdir. Qorunan ərazidir. Ətrafında bütün komunallar mövcuddur. Yolun 90% asfaltdır çox kiçik hissə asfalt deyil. Quyu şirin, soyuq su ilə var, 7 əncir ağaclar, 10 nar ağaclar, təmiz hava və ekoloji təmiz torpaq. Тorpaq Bilgəhdə ən elit yerində, səs-küydən, tozdan, kənar gözlərdən və təsadüfi insanlardan uzaq, tam sakit bir məkanda yerləşir. Nəsillikcə bağları olan əsl bakılılar heç vaxt dənizə tam bitişik yerdən torpaq almazdılar. Onlar sahilboyu yaşamağın bütün mənfi cəhətlərini — rütubəti və şoranlığı yaxşı bilirdilər. Bilgəhdə bu yer həmişə sakitliyinə və nüfuzlu qonşularına görə yüksək qiymətləndirilib. Bilgəhin müalicəvi havası isə buranı əvəzolunmaz edir. Bizim bağımız da bizə babamızdan miras qalıb, 1950-ci illərin ab-havasını qoruyub saxlayır. Əgər siz hüzur, səssizlik, təmiz hava və ekoloji cəhətdən təmiz torpaq axtarırsınızsa, bura sizin üçün ideal seçimdir. Həyətdəki qədim və geniş qollu tozağacı (bereza) Abşeron üçün nadir tapıntıdır və torpağın təmizliyinin əsas göstəricisidir. Hazır bar verən əncir və nar ağacları isə bura hazır «ekobağ evi» havası qatır. Siz bu cür ağacların böyüməsi üçün tələb olunan 10-15 illik zamanı qazanmış olursunuz. Sənədlər: Çıxarış (Kupça), texniki pasport və bütün lazımi sənədlər qaydasındadır.








































































































